CƏMİYYƏT


Bu ilin birinci rübündə Xətai rayonunda 6 min daimi iş yeri yaradılıb

Bakı, 19 iyul, AZƏRTAC

Son illər Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, sosial layihələrin həyata keçirilməsi istiqamətlərində mühüm uğurlar qazanılır.

Bu fikri ilin birinci yarısında Xətai rayonunda sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov deyib.

Qeyd olunub ki, bu ilin birinci yarısında rayonda 6 min daimi iş yeri yaradılıb. Prezident İlham Əliyevin rayonda yarasız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə göstərişlərinə uyğun olaraq, 6956 nəfərin yaşadığı 3028 mənzildən ibarət 99 yaşayış binasının sökülməsinə və yenidən qurulmasına başlanılıb.

Diqqətə çatdırılıb ki, rayonda 6151 məcburi köçkün ailəsi yaşayır. Onlardan 468 ailənin yaşayış şəraiti yaxşılaşdırılıb. Bundan başqa, 131 ailə dövlət tərəfindən yeni mənzillərə köçürülüb. Bu ayın əvvəllərində Xətai rayon polis idarəsinin yeni inzibati binası da istifadəyə verilib.

Qeyd olunub ki, yol infrastrukturunun təkmilləşdirilməsi, tıxacların aradan qaldırılması, piyadaların təhlükəsiz hərəkəti üçün rayonun bir sıra küçə və prospektlərində, o cümlədən Yusif Səfərov küçəsinə paralel yollar yenidən qurulur. Rayon əhalisinin asudə vaxtının səmərəli təşkili üçün yaşayış məhəllələrində 70 nümunəvi həyət yenidən qurulub, 30 abad məhəllə istifadəyə verilib.

Hesabat yığıncağında çıxış edənlər həyata keçirilən layihələrin ölkənin sosial simasının gözəlləşməsi və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldiyini qeyd ediblər.

Yığıncaqda sakinləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.