İQTİSADİYYAT
Bu ilin birinci rübündə avtonəqliyyat vasitələri ilə daşınmalar 50 faiz artıb
Bakı, 23 may, Elvin Camalov, Samirə Quliyeva, AZƏRTAC
2017-ci ilin birinci rübündə avtonəqliyyat vasitələri ilə daşınmaların həcmi ötən ilin müvafiq dövrünə nisbətən 50 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
O bildirib ki, həmçinin bu ilin birinci rübündə neft daşınmalarında da ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz artım müşahidə olunur. Ümumilikdə isə 2017-ci ilin hazırkı vəziyyətini təhlil etsək bu ilin birinci rübündə yükdaşımaların həcmi artıb.
Nazir Ələtdə tikilməkdə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətindən, regionda ən iri layihə olmasından və Azad Ticarət Zonasının Azərbaycan iqtisadiyyatına verəcəyi töhfələrdən bəhs edib.