İQTİSADİYYAT
Bu ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondu 1252 layihə maliyyələşdirib
Bakı, 3 avqust, AZƏRTAC
Bu ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi məbləği 73 milyon 234.8 min manat olan 1252 layihə maliyyələşdirilib.
AZƏRTAC fonda istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1720 layihə azdır. Cari ilin yanvar-iyun aylarında müxtəlif sənaye məhsullarının istehsalı və emalı üzrə 44, kənd təsərrüfatı məhsullarının emalı üzrə 7, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 1200, xidmət (infrastruktur) sahələrinin inkişafı üzrə bir layihə maliyyələşdirilib. Kreditlərin 97,8 faizini kiçik həcmli kreditlər (1224 layihə), 1 faizini orta həcmli kreditlər (13 layihə), 1,2 faizini böyük həcmli kreditlər (15 layihə) təşkil edib.