CƏMİYYƏT


Bu ilin birinci yarısında paytaxtda 6094 cinayət qeydə alınıb

Bakı, 9 iyul, AZƏRTAC

Bu ilin birinci yarsında paytaxtda Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 6094 (2016-cı ildə 6644) cinayət qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu fikir Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində səsləndirilib.

Bildirilib ki, qeydə alınan cinayətlərində 82,4 faizi (5024-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,6 faizi isə (1070-i) ağır və xüsusilə ağır növlər olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə şəxsiyyət əleyhinə cinayətlər 3,4 faiz, o cümlədən adam öldürməyə cəhdlər 46,2 faiz azalıb.

Cinayətlərin 79,9 faizinin (79,6 faiz), ağır növlərinin 81 faizinin (80,7 faiz), qeyri-aşkar şəraitdə baş verənlərin 71,1 faizinin (69,2 faiz) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 892 cinayətdən 94,9 faizi (96,3 faiz), o cümlədən qəsdən adam öldürmələrin 96,8 faizi (96,7 faiz), adam öldürməyə cəhdlərin 100 faizi (100 faiz) açılıb.

Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 0,3 faiz, qəsdən adam öldürmələr 0,1 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 1,9 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 2,4 faiz, o cümlədən xüsusi əmlak oğurluqları 4,6 faiz, mənzillərdən edilən oğurluqlar 3,5 faiz, mal-qara oğurluğu 8,4 faiz, avtonəqliyyat oğurluğu 36,7 faiz, soyğunçuluqlar 9,2 faiz, quldurluqlar 9 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 0,8 faiz yaxşılaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.