CƏMİYYƏT


Bu ilin birinci yarısında polis veteranları respublika üzrə  2644 cinayətin açılmasında yaxından iştirak ediblər

Bakı, 13 iyul, AZƏRTAC

Ölkəmizin müxtəlif bölgələrində polis veteranları mütəmadi olaraq cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında, gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlığının artırılmasında onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşmasında, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsinin vacibliyinin izah olunmasında bilik və təcrübələrini bölüşürlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin birinci yarısında ərazi polis orqanlarının veteranları respublika üzrə orta məktəblərdə, liseylərdə, kütləvi tədbirlərdə böyüməkdə olan nəsil və ictimaiyyət nümayəndələri ilə müxtəlif mövzularda iki minə yaxın görüş keçiriblər.

Həmçinin DİN-nin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov və Şuranın üzvü, istefada olan polis polkovniki Ramiz Axundov cəbhəyanı bölgələrdə həmin rayonların icra hakimiyyətlərinin və polis şöbələrinin təşkilatçılığı, veteran şuralarının, tədris müəssisələrinin müəllim, şagird və dinləyicilərinin, şəhid polis ailə üzvlərinin, hərbi qulluqçuların iştirakı ilə “Gənclərin milli vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbirlər keçiriblər.

İlin birinci yarısında polis veteranları ümumilikdə respublika üzrə 2644 cinayətin açılmasında yaxından iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.