İQTİSADİYYAT


Bu ilin birinci yarısında qeyri-neft ixracı 27 faiz artıb

Bakı, 25 iyul, AZƏRTAC

2017-ci ilin birinci yarısında qeyri-neft sənayesində məhsul istehsalı 4,4 faiz, kənd təsərrüfatı 2,2 faiz, ümumilikdə ixrac 36 faiz, o cümlədən qeyri-neft ixracı 27 faiz artıb, müsbət saldo 1,9 milyard ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, bu dövrdə ölkə iqtisadiyyatına 5 milyard ABŞ dolları həcmində investisiya yatırılıb, valyuta ehtiyatlarımız artaraq 40,6 milyard ABŞ dolları təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.