İQTİSADİYYAT


Bu ilin doqquz ayında Azərbaycanda 16 milyard kubmetrədək əmtəəlik təbii qaz ehtiyatları olub

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında ölkədə 15,9 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub. Bunun 87,8 faizi hasilatın, 12,2 faizi isə ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, təbii qaz ehtiyatlarının 42,9 faizi ölkə daxilində istehlak edilib, 36,2 faizi ixrac olunub, 3,3 faizini itkilər təşkil edib, 17,6 faizi isə oktyabr ayının əvvəlinə ehtiyat kimi qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.