İQTİSADİYYAT


Bu ilin əvvəlindən Gürcüstana 686 min 102 Azərbaycan vətəndaşı səfər edib

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Bu ilin əvvəlindən iyunadək 686 min 102 Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz çoxdur.

AZƏRTAC "Sputnik-Georgiya" saytına istinadla xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze jurnalistlərə məlumat verib.

G.Çoqovadze deyib ki, Azərbaycan vətəndaşları bu göstərici üzrə Gürcüstana səfər edənlər arasında birinci yeri tutur. Sonrakı yerlərdə Türkiyə (629 min 724 nəfər), Rusiya (397 min 75 nəfər) və Ukrayna (69 min 912 nəfər) qərarlaşıb. Təkcə iyun ayında Azərbaycandan Gürcüstana 115 min 277 turist səfər edib.

Ümumilikdə, altı ayda Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin sayı 2 milyon 636 min 213 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.