DÜNYA


İlin əvvəlindən bəri Ukrayna sularında 500-dək insan boğulub

Kiyev, 18 iyul, AZƏRTAC

İlin əvvəlindən bəri Ukrayna sularında 467 nəfər ölüb ki, onlardan da 50-si uşaqdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təkcə ötən həftə ölkə sularında 32 nəfər boğulub.

İl ərzində 355 nəfər xilas edilib ki, onlardan da 81-i uşaq olub.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti əhalini qanunsuz yerlərdə çimməməyi, uşaqları sularda tək qoymamağı, 17 dərəcədən aşağı temperaturda suya girməməyi, 20 dəqiqədən çox üzməməyi, güclü külək zamanı qayıqlarla suya çıxmamağı tövsiyə edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.