REGİONLAR


Bu ilin əvvəlindən muxtar respublikada 95 yeni obyekt istifadəyə verilib

A+ A

Naxçıvan, 27 iyul, AZƏRTAC

Cari ilin əvvəlindən muxtar respublikada tikinti və ya əsaslı şəkildə təmirdən sonra, ümumilikdə, 95 obyekt istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, istifadəyə verilən yeni obyektlər arasında 1 peşə məktəbi, 1806 şagird yerlik 6 ümumtəhsil məktəbi, 6 səhiyyə obyekti, 7 inzibati bina, 15 mədəniyyət obyekti, 2 idman obyekti, 1 yaşayış binası, 20 istehsal və xidmət sahəsi, 37 digər infrastruktur obyektləri var.

Hazırda iqtisadi və sosial sahələrdə 130 müxtəlif obyektin tikintisi və ya yenidən qurulması davam etdirilir. Eyni zamanda, ötən dövrdə səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq məqsədilə 6 kənd mərkəzi istifadəyə verilib, 10 kənd mərkəzinin inşası isə davam etdirilir.

Bununla yanaşı, muxtar respublikada əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.

Qeyd edək ki, 2015-ci ildə Naxçıvan şəhərdaxili içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib, Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərin içməli su və kanalizasiya şəbəkəsində işlər tamamlanıb, evlər su ilə təmin edilib. Hazırda Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında, Naxçıvan şəhərinin Tumbul, Qaraçuq, Bulqan və Qaraxanbəyli kəndlərində içməli su və kanalizasiya şəbəkələrində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.