İQTİSADİYYAT


Bu ilin ilk yarısında sahil obyektlərindən 404,27 ton qida qalığı təmizlənib

Bakı, 21 iyul, Elvin Camalov, AZƏRTAC

2017-ci ilin ilk yarısında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərindən və sahil obyektlərindən 404,27 ton qida qalığı təmizlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən işlər görülməsi ilə bağlı məlumatında deyilir.

Bildirilib ki, müxtəlif maye və bərk tullantıların idarə olunması ilə bağlı təkcə bu ilin ilk yarısında gəmiçiliyin gəmilərində və sahil obyektlərində formalaşan 68144,77 ton çirkab məişət-təsərrüfat suyu, 2734 ton neftli döşəməaltı su, 78 ton işlənmiş texniki yağ, 225,8 ton neftli şlam, 86,07 ton neftsiz şlam, 10,44 ton yanmış qəlib qumu, 864,89 ton abraziv, 44,31 ton yağlı əski, 28,4 ton sintetik propilen buraz qalığı, 0,92 ton istifadə müddəti bitmiş kimyəvi məmulat səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlarla bağlanmış müqavilələr əsasında ərazilərimizdən kənarlaşdırılaraq təhvil verilib.

Həmçinin 39 ədəd yararsız akkumulyator, 419 ədəd nasaz avtomobil şini, 30,24 ton rezin tullantısı, 76 ədəd yanacaq, 283 ədəd yağ və 142 ədəd hava süzgəcləri, 1,08 ton toner-katric, 2,33 ton təşkilati elektron avadanlığı, 218,8 ton keramik qırıntı, 7,5 ton asbest qalığı, 34,16 ton işlənmiş boya qabı, 288,09 ton taxta tullantı, 30 ton tibbi tullantı, 89,35 ton şüşə qırığı, 143,06 ton sellüloz tullantısı, 128,36 ton tekstil parça qalığı, 156,14 ton polimer əsaslı tullantı, 404,27 ton qida qalığı, 1,53 ton işlənmiş qida yağı ərazilərdən kənarlaşdırılıb.

Qeyd edilib ki, bu dövrdə Dənizkənarı Milli Parkın sahilindən və gəmiçiliyin sahil fəaliyyət akvatoriyaları səthindən 0,19 ton neft-su qarışığı, habelə 14,28 ton müxtəlif ölçülü əşyalar yığılaraq təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.