MƏDƏNİYYƏT
Bu ilin martında Şahdağ qış-yay turizm kompleksinin ilk pilot xizək eniş xəttinin sınaqdan keçirilməsi nəzərdə tutulmuşdur
Bakı, 16 yanvar (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və şəxsən rəhbərliyi altında yaradılan turizm incilərindən biri – Qusar rayonunda, Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Hazırda burada işlərin birinci mərhələsi 50 faizədək icra olunmuş, gündə 10 min turistə xidmət imkanına malik kommunal, işıq, su, qaz, yol xətlərinin çəkilişi həyata keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir. Layihə Avstriya, İsveç, Türkiyə, ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin ən qabaqcıl şirkətləri tərəfindən icra olunur. Bu ilin martında qış-yay turizm kompleksində ilk pilot xizək eniş xəttinin sınaqdan keçirilməsi, 2011-2012-ci ilin qış mövsümündə isə daha 4 xizək eniş xəttinin istismara verilməsi nəzərdə tutulmuşdur.