REGİONLAR


Bu ilin ötən dövründə muxtar respublikada 1300-dək işaxtaran işlə təmin edilib

Naxçıvan, 21 iyul, AZƏRTAC

Muxtar respublikada cari ilin ötən dövründə şəhər və rayonların hər birində 1 dəfə əmək yarmarkaları keçirilib. Yarmarkalarda 206 nəfər, ümumilikdə, ötən 6 ay ərzində 1299 nəfər işlə təmin olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən AZƏRTAC-a bildirilib ki, yarmarkalarda, ümumilikdə, 156 nəfər peşə hazırlığına cəlb edilib. Həmin dövrdə 136 nəfər ictimai işlərə, 6 nəfər kvota yerinə göndərilib. 51 nəfər ixtisasartırma, 24 nəfər Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində kurslara cəlb edilib.

Qeyd edək ki, növbəti əmək yarmarkalarına iyulun 26-da start veriləcək. Həmin gün tədbir Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq. İyulun 27-də isə Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. İyulun 28-də keçiriləcək əmək yarmarkasının növbəti ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından avqust ayının 1-də yararlana biləcəklər. Avqust ayının 2-də ordubadlılara, 3-də babəklilərə, 4-də isə şərurlulara boş iş yerləri təqdim olunacaq.

Naxçıvan şəhərində əmək yarmarkası avqust ayının 8-də “Gənclik” Mərkəzində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.