MƏDƏNİYYƏT


Bu mövsüm üçün sonuncu tamaşa - “Qohumlar”

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Kalmıkiya Respublikasının Milli Dram Teatrının baş direktoru, Kalmıkiyanın Əməkdar Mədəniyyət İşçisi Qalina Şurayeva və Krasnoyarsk vilayətinin sosial siyasət naziri Qalina Kovalyova bir neçə gün ərzində şəhərimizdə qonaq olacaqlar.

AZƏRTAC xəbər verir ki, Bakının gəzməli, görməli yerləri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcək qonaqlar, həmçinin gələcək yaradıcılıq planları barədə müzakirələr aparacaqlar.

Xatırladaq ki, ötən ay premyerası keçirilən "Qohumlar" tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrı rəhbərlərinin imzaladığı qarşılıqlı yaradıcılıq müqaviləsinə uyğun olaraq hazırlanıb.

Layihənin Kalmıkiya Teatrı tərəfindən həmsədri olan Qalina Şurayeva səfər çərçivəsində yeni tamaşaya baxmaq imkanı əldə edəcək. Belə ki, Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Boris Mandjiyevin quruluşunda hazırlanan səhnə əsəri iyulun 9-da qonaqlara təqdim olunacaq.

İki hissəli müziklda rolları Əməkdar artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva və başqaları ifa edəcəklər.

Qeyd edək ki, "Qohumlar" Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bu mövsüm üçün sonuncu tamaşası olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.