DÜNYA
Bu restoranda müştərilərə robot ofisiantlar xidmət göstərir VİDEO
Bakı, 1 sentyabr (AZƏRTAC). AZƏRTAC http://newsland.com/news/detail/id/1424473/ saytına istinadla xəbər verir ki, Çinin Kunşan şəhərində “Robot Restaurant” adlı yeni restoran açılıb. Burada müştərilərə robotlar xidmət göstərir.
Restoranda robotlar müştərini qapıda qarşılayır, onu boş masa arxasında əyləşdirir, sifariş qəbul edir və onu gətirirlər. Maraqlıdır ki, robotlar “danışmağı” da bacarırlar. Yeni robotlaşdırılmış heyət adamlarla müqayisədə olduqca ucuz başa gəlir, çünki robotlara gün ərzində cəmi 2 saatlıq elektrik enerji lazımdır. Hər robot öz proqramını yerinə yetirir: bir neçə robot qonaqların qarşılanması ilə məşğul olur, digərləri mətbəxdə işləyir, həm də hər robot müəyyən bir yemək hazırlayır, qalanları isə ofisiantlıq edir.