DÜNYA
Budapeşt XXXIII Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini geri götürüb
Bakı, 23 fevral, AZƏRTAC
Macarıstanda yaşanan iqtisadi böhran idmana da təsirsiz ötüşməyib. Paytaxt Budapeşt 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb.
AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, bu qərarın qəbul edilməsinə maliyyə vəsaitinin çatışmazlığı səbəb olub.
Namizədliyin geri götürülməsi ilə əlaqədar başladılan imza kampaniyasına qısa müddətdə 200 min nəfər qoşulub. Budapeştin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürməsindən sonra bu mühüm tədbirə ev sahibliyinə iddia edən cəmi iki şəhər - Los-Anceles və Paris qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [17:39]
Pentaqon: ABŞ Ukraynanın Rusiya ilə müharibədə uduzmasına imkan verməyəcək
- 19.03.2024 [17:30]
Ukrayna hərbi yardımlarla bağlı prioritetləri açıqlayıb
- 19.03.2024 [15:18]
Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib
- 19.03.2024 [14:27]
Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub
- 19.03.2024 [14:24]
Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır
- 19.03.2024 [14:22]