Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Budapeştdə iki gün

Budapeştə biz tam təsadüfən gəldik. Azərbaycandan Almaniyaya getməkdə xidmətlərindən istifadə etdiyimiz “Wizz Air” aviaşirkəti uçuşu Budapeştdən tranzitlə həyata keçirir. Frankfurt-Mayn-Budapeşt və Budapeşt-Bakı reysləri arasında düz bir sutka vaxt var idi və bu, bizim az tanıdığımız Macarıstan paytaxtı ilə tanış olmağımız üçün gözəl fürsət yaratdı. Lakin qaldığımız otelin əməkdaşlarının tövsiyələri, şəhərin turizm xəritələri və jurnalist marağı sayəsində biz reysi gözləmək vaxtını çox maraqlı səyahətə çevirə bildik.

 

Macarsayağı marşrut avtobusu və musiqili otel

Öncədən biləndə ki, gecəni Budapeştdə keçirməli olacaqsan, ilk növbədə gecələmə yeri barədə fikirləşmək lazımdır. Burada da təsadüf bizə bir daha kömək etdi. Bir dəfə Amsterdama səfərə hazırlıq dövründə biz otel seçərkən “Library Hotel” adlı bir mehmanxana ilə rastlaşdıq. Oteldə nömrə sifariş etmək arzusu ilə bu mehmanxana şəbəkəsinin mərkəzi ofisinə zəng etdik, orada bizə bildirdilər ki, onların Amsterdamda oteli yoxdur, özünü “Library” kimi təqdim edən otel isə saxtadır! Beləcə biz öyrəndik ki, otellər də “geydirmə” olur... Eyni zamanda, Amerikanın “Library” otel şəbəkəsinin meneceri bizə məlumat verdi ki, onların Nyu-Yorkda, Praqada və Budapeştdə gözəl otelləri vardır. 

Beləliklə, “Library” otellərindən birinin – “Aria Hotel Budapest”lə tanışlıq həvəsi ilə aeroportdan şəhərin mərkəzinə çatmağa imkan axtarırıq. Müxtəlif ölkələrdə bunun üçün müxtəlif nəqliyyat növlərindən – metrodan, avtobusdan, elektrik qatarından, taksidən istifadə etmək olar. Budapeştdə fəaliyyət göstərən marşrut taksisi sistemi çox maraqlıdır. Bu sistemdən istifadə etmək üçün xüsusi kabinəyə yanaşmaq lazımdır, orada operator sizdən getmək istədiyiniz ünvanı soruşacaq. Bundan sonra xidmət haqqını – adambaşına təxminən 10 avro ödəmək, nömrə almaq və məlumat lövhəsində yazılanları izləmək lazımdır. Tezliklə displeydə sizin nömrəniz, onun yanında isə minməli olacağınız marşrut taksinin nömrəsi əks olunacaq. Bax, belə bir qəliz sxemdir. Taksi 10-15 nəfərlik tutumu olan adi mikroavtobusdur. Biz dayanacağımızı ötürməmək və ümumiyyətlə, düşmək vaxtı ilə bağlı yolboyu həyəcan keçirdik. Marşrutun sürücüsü qətiyyən başa düşmədi ki, biz ondan nə istəyirik. Sonda məlum oldu ki, narahat olmağa dəyməzmiş: taksi hər bir sərnişini bilet alarkən göstərdiyi ünvana dəqiq çatdırır – əla sürprizdir! Budapeştin lap mərkəzində yerləşən bizim otelin ünvanı bu taksinin marşrut şəbəkəsində birinci yerdə idi. Beləliklə, iyirmi dəqiqədən sonra biz mehmanxananın girişində dayanmışdıq.

“Aria Hotel” çox qəşəng beşulduzlu butik otel idi, onun tərtibatı musiqi tematikası ilə həmahəngdir. Foyedə royalda canlı ifa səsləndirilir, dəhlizlərdə dinamiklərdən klassik musiqi yayılır, SPA mərkəzində isə caz musiqisinə üstünlük verirlər. Bizə bəstəkar Stravinski “adına” nömrə düşdü.

Oteldə bizi təəccübləndirən daha bir məsələ nömrələrin texniki təchizatı idi – pəncərələrin qalın və nazik pərdələri də pultla açılıb-bağlanır, işıqlandırma divarlardakı displeylə tənzimlənir, stolun üstündəki “iPad” isə geniş mediatekanı idarə etməyə imkan verirdi.

Bizim üçün ən xoşagələn məsələ isə bu idi ki, həmin mehmanxana Budapeştin mərkəzində yerləşir. Otelin əməkdaşlarından yaxınlıqdakı görməli yerlər barədə məlumat alandan sonra şəhər xəritəsini də götürdük və bir dəqiqə belə vaxt itirmədən şəhərlə tanış olmaq üçün yola düşürük.

 

Zəncirvari körpü, Buda və Peşt

Təxminən bir neçə addım gedərək Müqəddəs Stefan Bazilikasına - katolik kilsəsinə, Macarıstan paytaxtının ən böyük məbədinə yetişirik. Bu, kilsə və Macarıstan parlamentinin binası Budapeştin ən hündür tarixi binalarıdır (bu binaların hərəsinin hündürlüyü 96 metrdir). Maraqlıdır ki, kilsə 54 il ərzində inşa olunub. Tikinti 1851-ci ildə başlanıb, 1868-ci ildə - məbəd praktiki hazır olanda isə binanın günbəzi dağılıb. Bundan sonra yeni günbəz ucaldılıb, lakin tikinti yalnız 1905-ci ildə tam başa çatıb.

Bazilika həmişə adamlarla dolu olan müqəddəs İştvan meydanında yerləşir. Adamlar məbədin pilləkənlərində oturur, burada çox populyar olan velosiped və seqveylərdə yerə döşənmiş daşların üstündə şütüyür, yaxınlıqdakı kafe və restoranlarda vaxtlarını keçirirlər.

Küçə bizi meydandan yolayrıcına gətirdi ki, oradan Dunay çayı üzərində salınmış Budapeşt körpüsünə keçmək mümkündür. Budapeştin iki tarixi hissəsini – Buda və Peşti birləşdirən asma Zəncirvari körpü 1849-cu ildə açılıb və Dunayın üstündə ilk daimi körpü olub. Körpü onun salınmasına böyük vəsait və sərf etmiş macar siyasətçisi qraf İştvan Seçenyanın şərəfinə Seçenya Lantsxid adlanır. Buda və Peştin vahid Budapeşt şəhəri şəklində birləşməsi üçün stimullardan birinə çevrilmiş bu körpü Macarıstanın iqtisadi və ictimai həyatında mühüm rol oynayıb.

Körpüdən və onun ətrafından baxanda çox cəlbedici bir mənzərə açılır. Axşam vaxtı Dunayın sahilləri, buradakı kafe və restoranların parlaq işıqları, çayda turistlərlə dolu teploxodlar xüsusilə qəşəng görünür. Bundan başqa, sahilboyu bir çox görməli yerlər - saraylar və villalar axşam vaxtı yaxşı işıqlandırılır və uzaqdan aydın seçilir. Memarlıqda modern üslubun bariz nümunəsi olan möhtəşəm Qrehem Sarayının yanından keçərək Peşt tərəfdən körpüyə qalxdıq. XX əsrin əvvəlində ofis-yaşayış kompleksi kimi tikilmiş bu binadan hazırda “Four Seasons” şəbəkəsinin lüks oteli kimi istifadə edilir. Elə burada Dunay sahilindəki Ruzvelt meydanında neorenessans üslubunda binada Macarıstan Elmlər Akademiyası yerləşir.

Körpüyə qalxan kimi Yanoş Marşalkonun 1852-ci ildə bura qoyulmuş əsərləri - iki böyük şir heykəli ilə qarşılaşırsan. Körpünün məhəccəri və digər bəzək elementləri çuqundan tökülüb. Hətta inanmaq olmur ki, İkinci Dünya müharibəsi zamanı körpü faşistlər tərəfindən dağıdılıb və 1949-cu ildə - birinci dəfə açılışından düz 100 il sonra bərpa edilib.

Tələsmədən körpünü keçib Adam Klark meydanına düşürük. Buday qalasına qalxan Budapeşt funikulyorunun stansiyası bu meydanda yerləşir. UNESCO-nun Dünya İrsi Siyahısına salınan qalada macar krallarının iqamətgahı yerləşir. Vaxtımız çox olsaydı, hökmən funikulyora da minərdik, qədim qalada da gəzişərdik.

 

Termal bolluğu və şopinq özəllikləri

Bir çox maraqlı cəhətləri ilə bizi gözləyən otelə qayıdırıq. Çoxları eşidib ki, Macarıstanda, məsələn, Balaton və Xeviz göllərində termal suları ilə dünyada tanınan bir neçə kurort var. Lakin bizə bunu da eşitmək sürpriz oldu ki, Budapeştin özü də isti bulaqlarla doludur və bunun sayəsində Avropada kurort şəhəri olan yeganə dövlət paytaxtıdır. Budapeştdə 26 çay hamamı fəaliyyət göstərir, onlardan ən böyükləri və ən məşhurları “Seçenya”, “Gellert”, “Kiray” və “Rudaş”dır. Biz çay hamamına getməyə macal tapmadıq, lakin oteldə yaradılmış yuyunma mədəniyyəti ilə tanış olduq. Qaldığımız “Aria” otelində qəşəng “Harmony” SPA mərkəzi var. Öyrəndik ki, bu mərkəz Avropada butik oteldə ən yaxşı SPA kompleksi kimi mükafata layiq görülüb.

Kompleksin interyeri caz üslubunda, caz-bend üslubunda orijinal fəvvarə ilə tərtib olunub. Şəhərdə fasiləsiz gəzintidən sonra təravətləndirici su ilə dolu hovuza baş vurmağın, ekzotik – infraqırmızı buxarxanada və cakuzidə istirahətin əsl vaxtı idi. Güc toplamaq lazım idi: sabah Budapeşti bir daha gəzişməli, axşam isə aeroporta yola düşməliyik.

Budapeşt təkcə qədim şəhər deyil, həm də iqtisadiyyatın sürətlə inkişaf etdiyi şəhərdir. Bunun nəticəsində Budapeştdə çoxlu sayda müasir binalar - ofis mərkəzləri, idman arenaları və ticarət mərkəzləri cəmləşib. Bu cür komplekslərdən birinə - şəhərdə ən böyük ticarət-əyləncə mərkəzi olan “Arena Plaza”ya baş çəkməyi qərara alırıq.

Mollun üç mərtəbəsində çoxlu sayda butik və mağazalar, 22 zalı olan kinoteatr, restoranlar, kafe, “Tesco” supermarketi və buz meydançası var. Ticarət mərkəzində Bakıda olmayan çoxlu maraqlı brendlər fəaliyyət göstərir. Məsələn, Almaniyanın “Tchibo” markasının maraqlı mağazasında ağzının dadını bilənlər üçün qəhvə (onu burada kafedə də dadmaq olar), habelə geyim əşyaları və digər mallar satılır. Çay həvəskarları isə Avstriyanın “Demmers Teehaus” mağazasını dəyərləndirə bilərlər, bu mağazanın piştaxtalarında istənilən çay növünə rast gəlmək olar. Geyim, ayaqqabı, çanta və aksesuarları “Wrangler”, “Lee”, “Peek”, “Cloppenburg”, “Zara”, “Hervis”, “Electro World”, “Hennes & Mauritz”, “C & A” və digər mağazalardan əldə etmək olar.

Mollda gəzdikdən sonra otelə qayıdırıq və pulsuz “nahar” edirik. Foyedə içərisində müxtəlif növ pendirlər olan boşqablar və içkilər düzülüb. Bu, otelin öz müştərilərinə hər gün etdiyi xoş hədiyyədir.

 

Son söz əvəzi

Yadınızdadırsa, Frankfurtda aeroportu səhv salaraq, az qala reysə gecikəcəydik. O hadisə bizə dərs oldu, ona görə bu dəfə gedəcəyimiz aeroport barədə öncədən məlumat topladıq. Xoşbəxtlikdən, Budapeştdə bircə aeroport – Ferens List adına aeroport var. Budapeştdə bizə istər-istəməz gözəl vaxt keçirməyi hədiyyə edən “Wizz Air” aviaşirkətinin təyyarələri məhz buradan Bakıya uçur.

Macarıstan və onun paytaxtı gəzmək üçün daha çox diqqətə layiqdir: səyahət həvəskarları buraya mütləq baş çəkməlidirlər. Budapeştdə hətta bir gün belə çoxlu maraqlı təəssüratlar vəd edir, lakin əlbəttə, oraya getməyə çox vaxt ayırmaq daha yaxşıdır və o zaman şəhər özünün bütün sirlərini sizə açar!

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Foto: E.İbrahim

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib