DÜNYA


Buenos-Ayres yaxınlığında bank 30 saniyə ərzində qarət edilib

Bakı, 14 yanvar, AZƏRTAC

Argentinanın Buenos-Ayres şəhərindən 30 kilometr məsafədə yerləşən Tiqredə dörd silahlı şəxs yarım dəqiqə ərzində bank şöbəsini qarət edib. “Todo Noticias” telekanalının məlumatına əsasən soyğunçular bankdan 750 min peso (47 min dollar) apara biliblər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müşahidə kameralarının qeydə aldığı kadrlarda iki soyğunçunun “Mercedes-Benz” avtomobilindən çıxaraq bankın şüşə qapısını çəkiclə qırdığı görünür. Bu zaman avtomatla silahlanmış iki cinayətkar isə avtomobildə gözləyir. 14 saniyədən sonra soyğunçular bankomatlara yüklənmək üçün istifadə olunan üç pul kaseti ilə binadan çıxaraq avtomobillə uzaqlaşır.

Soyğun ümumilikdə 24 saniyə vaxt aparıb. Daha 6 saniyə isə avtomobilin yaxınlığında yerə düşən əşyanı götürməyə sərf olunub. Qarətin gedişində canilər bircə güllə belə atmayıblar.

Hazırda polis hadisə ilə bağlı təhqiqata başlayıb. Cinayətkarların avtomobili bankdan bir neçə küçə o tərəfdə qoyaraq digər maşınla aradan çıxdığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.