İQTİSADİYYAT


Buğdanın idxalı və satışı 3 il müddətində ƏDV-dən azaddır

Bakı, 12 yanvar, AZƏRTAC

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə, buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı, həmçinin quş ətinin satışı 3 il müddətində ƏDV-dən azaddır.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət adından yaradılan səhiyyə (tibb) müəssisələrinin gəlirləri mənfəət vergisindən müddətsiz azad edilib.

Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri və azadolmalarla bağlı dəyişikliklərin vergiödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacaq, sahibkarlığın inkişafına dəstək verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.