MƏDƏNİYYƏT


Builki “Milli Kino Mükafatı”na Vaqif Mustafayev layiq görülüb

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı builki “Milli Kino Mükafatı” sahibinin adını açıqlayıb.

İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan kinosuna verdiyi töhfələrə görə Xalq Artisti, kinorejissor Vaqif Mustafayev “Milli Kino Mükafatı”na (2000 manat) layiq görülüb. Mükafat 2 avqust - Milli Kino Günü münasibətilə Nizami Kino Mərkəzində keçiriləcək təntənəli tədbirdə təqdim ediləcək.

Xatırladaq ki, Vaqif Mustafayev ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev” çoxseriyalı filminin, tamaşaçıların rəğbətini qazanmış “Fransız”, “Hər şey yaxşılığa doğru”, “Milli bomba”, “Yaramaz”, “Yoxlama” və digər filmlərin rejissoru və ssenari müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.