MƏDƏNİYYƏT
Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıb
Bakı, 22 sentyabr (AZƏRTAC). Rusiyanın Sankt-Peterburq şəhərində görkəmli opera müğənnisi Yelena Obraztsova adına gənc vokalçıların V beynəlxalq müsabiqəsi və ispan vokal ustadı Konçita Badianın xatirəsinə həsr olunmuş kamera musiqisinə həsr olunmuş beynəlxalq müsabiqə başa çatıb.
Dünyanın 11 ölkəsindən 147 gənc vokalçının qatıldığı bu nüfuzlu müsabiqədə Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Çinarə Əzimova və Sona İsgəndərli təmsil edirdilər.
Musiqi məktəbindən AZƏRTAC-a bildirilib ki, azərbaycanlı ifaçılar müsabiqədə böyük uğura imza atıb. Belə ki, 7-ci sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Əzimova Çinarə münsiflər heyətinin qərarı ilə ikinci yerə, 8-ci sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı İsgəndərli Sona isə müsabiqənin diplomantı adına layiq görülüb.
Hər iki vokalçının müəllimi sənətşünaslıq namizədi İradə Xəlilovadır.