MƏDƏNİYYƏT
Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin uğurlu çıxışı
Bakı, 29 sentyabr, AZƏRTAC
Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri fortepiano, vokal, skripka və nəfəs alətləri gənc ifaçılarının beynəlxalq festivalının qala konsertində çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan konsert proqramında gənc ifaçılar dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyaları təqdim edib.
Məktəbin fortepiano ixtisası üzrə təhsil alan şagirdləri Jalə İslamova və Həşim Həşimov uğurlu çıxışlarına görə sertifikatla təltif olunub.
Qeyd edək ki, sözügedən festival Təhsil, Mədəniyyət və Turizm nazirlikləri və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]