DÜNYA
Bundestaq Almaniya hökumətini məhkəməyə verir VİDEO
Bakı, 31 iyul, Elşad Qəzvini, AZƏRTAC
Almaniya kəşfiyyatının fəaliyyətinə nəzarət edən Bundestaqın daxili komitəsi ölkə hökumətini məhkəməyə verməyə hazırlaşır.
AZƏRTAC “Süddeutsche Zeitung” qəzetinə istinadla xəbər verir ki, Bundestaqı bu addımı atmağa vadar edən səbəb ABŞ Milli Təhlükəsizlik Agentliyinin sifarişi ilə Almaniya Federal Kəşfiyyat Xidmətinin Avropa dövlətlərində dinləmə fəaliyyəti aparması olub. İddia olunur ki, casusluq 10 minlərlə informasiya axtarışını əks etdirən xüsusi siyahi əsasında həyata keçirilib. Buraya İP-adreslər, telefon nömrələri, sosial şəbəkələrin akkauntları, poçt domenləri və s. daxıl olub.
Lakin əsas məsələ budur ki, bütün bu sadalananlar xüsusi xidmət orqanlarının fəaliyyətini əlaqələndirən Federal Kanslerin ixtiyarındadır. Parlament komitəsi narazılığın məhkəmə qalmaqalına çevrilməsini tam əsaslı hesab edir.
Ultimatuma görə, ya Almaniya hökuməti qısa müddət ərzində Bundestaqa amerikalıların sirli siyahisini təqdim etməlidir, ya da Almaniya Federal Kəşfiyyat Xidmətinin səlahiyyətləri ciddi şəkildə ixtisar olunmalıdır. Bildirilir ki, komitə tərəfindən məhkəmə işi üçün hüquqşünaslar cəlb edilib və iddia ərizəsinin bütün hüququ tərəfləri düşünülüb.
Buna baxmayaraq, Angela Merkel hökuməti həmin gizli siyahini komitəyə verməkdən imtina edir.