DÜNYA


Bundesver anbarlarından silahlar hara yoxa çıxır?

Berlin, 24 may, AZƏRTAC

Son illər bundesverdə indiyə qədər məlum olduğundan daha çox silah yoxa çıxıb. “Der Spiegel” jurnalı bu barədə məlumatı AFR Müdafiə Nazirliyinin daxili sənədinə istinadla yazıb. Məlumatda deyilir ki, 2015-ci ildə təlim atışlarından sonra Almaniya ordusundan 3 ədəd G36 avtomatı, 2 ədəd G3 avtomatik tüfəngi, bir ədəd P8 tapançası və 3 ədəd siqnal tapançası yoxa çıxıb.

Federal prokurorluq bu ilin fevral ayında zirehli transportyordan 2 ədəd avtomatın, bir ədəd P8 tapançasının və bir ədəd siqnal tapançasının oğurlanması faktının terror fəaliyyətində əli olmaqda şübhəli bilinən Franko A. adlı baş leytenantın işi ilə nə dərəcədə bağlı olduğunu araşdırır. Qeyd edək ki, ZTR “Munster” poliqonunda qarət edilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.