DÜNYA


Bundesver əcnəbilərin orada xidmət etməsi üçün öz qapılarını tezliklə açmayacaq

A+ A

Berlin, 13 avqust, AZƏRTAC

61 il bundan əvvəl yaradılmış Bundesverdə indiyə qədər yalnız Almaniya vətəndaşları xidmət edə bilər. Bu qayda hərbi qulluqçuların hüquqi vəziyyəti barədə qanunda nəzərdə tutulur. Aİ üzvü olan digər ölkələrin vətəndaşlarının Bundesverdə xidmət edə bilməsi həmin qanuna müvafiq dəyişikliklər edilməlidir.

Hazırda AFR vətəndaşı olmayan şəxslər Almaniya ordusunda xidmətə yalnız müstəsna hallarda qəbul edilə bilər. Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Bundesverin silahlı qüvvələrində indiyə qədər yalnız bir dəfə belə hal olub: bir Rumıniya vətəndaşı 2014-cü ildən burada hərbi həkim kimi xidmət edir. Mülki sahədə isə bu cür misallar çox göstərmək olar: Aİ üzvü olan başqa ölkələrin 12 vətəndaşı dövlət qulluğundadır. Həmin ölkələrin daha 550 vətəndaşı Bundesverin muzdlu işçiləri kimi AFR-də və başqa ölkələrdə xidmət edirlər.

Müdafiə Nazirliyinin rəhbəri Ursula fon der Lyayen qeyd edib ki, Bundesverin Aİ üzvü olan digər ölkələrin vətəndaşları üçün yaxın vaxtlarda açılması gözlənilmir. O bildirib ki, dövlət qulluqçularının hüquqi vəziyyətini tənzimləyən qaydalara görə belə imkanlar nəzərdə tutulur, lakin “hələ cavab gözləyən suallar çoxdur”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.