DÜNYA


Bundesver gözlənilmədən xidmətdən boyun qaçırma problemi ilə üzləşib

A+ A

Berlin, 2 avqust, AZƏRTAC

AFR federal hökuməti Sollar Partiyasının sorğusuna cavab olaraq bildirib ki, 2014-cü ilin ortalarından 2016-cı ilin ortalarına qədər müddətdə 469 əsgər, o cümlədən 62 qadın hərbi qulluqçu hərbi xidmətdən imtina etmək barədə ərizə verib.

“Rheinische Post” qəzeti yazır ki, ərizələrin 67 faizi qəbul edilib, 25 faizinə rədd cavabı verilib, qalanları qanunsuz sayılıb, yaxud ərizəçilərin özləri tərəfindən geri götürülüb. Sollar Partiyasının eksperti Katrin Kunert deyib: “Konkret döyüş vəziyyətlərində öldürmək, yaxud öldürülmək riski əsgər peşəsinin əsas təəssüratıdır və çox vaxt belə hallardan sonra bu cür nəticələnir”.

Zabitlərin və zabitliyə namizədlərin hərbi xidmətdən imtina etməsi orduya baha başa gəlir. Hərbi xidmətdən buraxılan 153 zabit dövlətin onların təhsilinə çəkdiyi bütövlükdə 5,6 milyon avro xərcin əvəzini verməlidir. İstənilən halda bu, 1,2 mindən 69 minədək avro civarında olan konkret məbləğdir.

May ayının sonuna olan məlumata görə, Bundesverdə təqribən 167 min adam xidmət edir ki, bu da hədəf göstərici olan 170 min nəfərdən azdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.