QAN YADDAŞI
“Bura bizim kəndimizdir” ədəbi-bədii kompozisiyası təqdim edilib
Ucar, 24 fevral, AZƏRTAC
Ucarda Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunan “Bura bizim kəndimizdir” adlı tematik tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tematik gecədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilən qətliam barədə geniş danışılıb. Qeyd olunub ki, həmin gecə üç istiqamətdə hücuma məruz qalan təqribən 2500 əhali şəhəri tərk edərək Ağdam rayonu istiqamətində qaçmağa məcbur olub. Lakin onların qarşısı alınıb. Erməni silahlı dəstələri 613 nəfəri amansızlıqla və işgəncə ilə qətlə yetiriblər.
Tematik gecədə Ucar şəhər 1 nömrəli məktəb-liseyin hazırladığı “Bura bizim kəndimizdir” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdən sonra Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan verilib.