ELM VƏ TƏHSİL
Buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər və inşa mövzularına aid nümunələr təqdim edilib
Bakı, 24 fevral, AZƏRTAC
Ümumi təhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına əsasən, şagirdlər ümumi və tam orta (IX və XI siniflər) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında test tapşırıqlarından əlavə təqdim edilən mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil (IX sinif) haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, imtahanlarda inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır.
Müvafiq linklərdə 2017-ci ildə IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə yazacaqları inşalara verilən tələblər, həmçinin inşa (esse) mövzularına aid nümunələr (Azərbaycan və rus dillərində) təqdim edilib.
Həmin linklər DİM-in internet saytında verilib.