ELM VƏ TƏHSİL


Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar Apellyasiya Komissiyası yaradılıb

Bakı, 21 iyun, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu il iyunun 17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, Apellyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Şagird və ya abituriyentlər Apellyasiya Komissiyasına iyunun 23-dək saat 10.00-dan 17.00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.