DÜNYA
“Bürc-Xəlifə” dünyanın ən hündür binası titulunu itirə bilər
Bakı, 1 dekabr, AZƏRTAC
Dünyanın ən hündür binası olan Dubayın “Bürc-Xəlifə” göydələni öz titulundan məhrum ola bilər. Belə ki, Səudiyyə Ərəbistanı Ciddə şəhərində bir kilometr hündürlüyündə qüllə tikmək niyyətindədir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı hökumətinin press-relizində “Jeddah Economic Company” şirkətinin və yerli “Alinma” investisiya fondunun kompleksin tikintisi üçün 8,4 milyard Səudiyyə rialı (2,2 milyard dollar) həcmində maliyyə sazişi imzalandığı qeyd olunur.
Hazırda layihə 26-cı mərtəbəyə qədər tikilib. Binanın final hündürlüyü isə 3280 fut (1000 metr) olmalıdır. Göydələnin 2020-ci ildə tamamlanması planlaşdırılır. Müqayisə üçün qeyd edək ki, “Bürc-Xəlifə” 2716 fut (827 metr) hündürlüyə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]
Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib
- 19.04.2024 [14:50]
Latviyada yeni xarici işlər naziri təyin edilib
- 19.04.2024 [14:16]
Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib
- 19.04.2024 [13:55]
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir
- 19.04.2024 [13:34]
Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır
- 19.04.2024 [13:31]