Burkina-Faso: Baş qərargaha hücum nəticəsində 7 nəfər həlak olub
Bakı, 2 mart, AZƏRTAC
Bu gün səhər saatlarında Burkina-Fasonun paytaxtı Uaqaduquda Baş qərargaha və Fransa səfirliyinə silahlı hücum olub. İnsidentin qurbanları haqqında təzadlı xəbərlər yayılır.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Burkina-Faso hökumətinin nümayəndəsi və informasiya naziri Remi Cancinunun məlumatına görə, səkkiz silahlı öldürülüb, yeddi hərbçi və təhlükəsizlik xidməti əməkdaşı həlak olub.
Bir qədər əvvəl France-Presse agentliyi hücum nəticəsində azı 28 nəfərin həlak olduğuna dair məlumat yaymışdı. Remi Cancinu bu xəbəri təkzib edib.
Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, ölənlər arasında fransız yoxdur. Paris prokurorluğu terror hücumu ilə bağlı təhqiqata başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]