CƏMİYYƏT


Bursada yaşayan Azərbaycan vətəndaşları ilə görüş keçirilib

A+ A

Bursa, 20 sentyabr, AZƏRTAC 

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Türkiyənin Bursa şəhərindəki Adilə Naşit teatrının salonunda bu şəhərdə məskunlaşan vətəndaşlarımızla görüşüb. Görüşdə 200 nəfərdən çox axısxa türkü iştirak edib.

Vətəndaşlarımızı maraqlandıran məsələlərə aydınlıq gətirən baş konsul, həmçinin Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar sualları cavablandırıb.

Sonra axısxa türklərinin nümayəndələrinin çıxışları olub. Azərbaycanda yaşayan axısxa türklərinə dövlətimiz tərəfindən həmişə diqqət və qayğı göstərildiyi qeyd olunub. Bildirilib ki, bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı çoxistiqamətli inkişafı yüksək dəyərləndirən axısxa türkləri ölkəmizin sürətli yüksəlişində və sabitliyin qorunmasında bundan sonra da fəal iştirak edəcəklər.

Çıxışlarda diqqətə çatdırılıb ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində (referendum) iştirak etmək üçün xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə, o cümlədən İstanbuldakı baş konsulluqda səsvermə məntəqəsinin yaradılması Azərbaycan dövlətinin öz vətəndaşlarının hüquq və bərbərliyinə göstərdiyi qayğıdır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bursa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.