RƏSMİ SƏNƏDLƏR


Burundi Respublikasının Prezidenti Pyer Nkurunzizadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zatı-aliləri, cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Burundi xalqı və hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərini daim möhkəmləndirmək üçün Sizinlə birgə çalışmaq əzmində olduğumuzu bir daha təsdiq etmək istərdik.

Bir daha Sizə dostluq və qardaşlıq salamlarımızı çatdıraraq, Zati-alinizdən ən yüksək ehtiramımızı qəbul etməyi xahiş edirik.

Hörmətlə,

 

Pyer Nkurunziza

Burundi Respublikasının Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin