DÜNYA
Bütün dünyanın haqqında danışdığı yeni planetləri ilk dəfə Mərakeş alimləri aşkar ediblər
Rabat, 24 fevral, AZƏRTAC
Mərakeşdəki Ukaymeden rəsədxanasının direktoru Zuhair Benhaldun yerli mətbuata açıqlamasında deyib ki, NASA-nın aşkarladığı, canlı həyat ehtimalı yüksək olan yeni planetləri ilk dəfə məhz onun rəhbərlik etdiyi elmi mərkəz tədqiq edib.
Alim bildirib ki, hələ 4 il əvvəl Lyej Beligan Universitetinin astrofizika qrupu və Kadi Əyyad Universiteti “ekzoplanetlərə dair tədqiqat təşəbbüsləri” çərçivəsində birgə işləməyə başlayıblar. Bu əməkdaşlıq çərçivəsində 2016-cı ilin may ayında Ukaymeden rəsədxanasında xüsusi teleskop qurulub.
Tədqiqatlardan nəticə çıxararaq rəsədxana NASA-ya müraciət edib və Spitser kosmik teleskopunun ekzoplanetlərin mövcudluğu ehtimal olunan istiqamətə yönəldilməsini xahiş edib. Nəticə məlum kəşfə səbəb olub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat