Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Buxarestdə Heydər Əliyev Fondunun dəstəyi ilə “Cənubi Qafqazın geosiyasəti və enerji strategiyaları - Azərbaycan diqqət mərkəzində” mövzusunda konfrans keçirilmişdir VİDEO

Bakı, 18 mart (AZƏRTAC). Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə “Cənubi Qafqazın geosiyasəti və enerji strategiyaları - Azərbaycan diqqət mərkəzində” mövzusunda konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan parlamentinin deputatları, Rumıniya ziyalıları, yazıçılar, siyasi analitiklər, Buxarestdə fəaliyyət göstərən araşdırma institutlarının rəhbərləri, Rumıniya Prezidenti Administrasiyasının milli təhlükəsizlik departamentinin, İqtisadiyyat Nazirliyinin, Azərbaycan səfirliyinin əməkdaşları, Müdafiə İnstitutunun rəhbərliyi, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri iştirak etmişlər.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev konfransda çıxış edərək, Cənubi Qafqazın dünyanın intensiv geosiyasi proseslərin cərəyan etdiyi regionlarından biri olduğunu söyləmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan İ.Hacıyev problemin regionun inkişafı üçün əngəl yaratdığını bildirmişdir. Qeyd etmişdir ki, heç bir gələcək strategiyası olmayan, iqtisadi baxımdan tənəzzülə uğrayan Ermənistanın rəhbərliyi sifarişli siyasət yürüdür.

İ.Hacıyev bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət sayəsində Azərbaycan beynəlxalq miqyasda böyük nüfuz qazanmış, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.

Milli Məclisin deputatı, Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Azay Quliyev Cənubi Qafqazın geosiyasi vəziyyəti haqqında danışmış, bu həssas regionun dünyanın diqqət mərkəzində olduğunu bildirmişdir.

Qeyd edilmişdir ki, Azərbaycan istər ərazisinə, istər əhalisinə, istərsə də iqtisadiyyatına görə Cənubi Qafqaz regionunun ən böyük və ən inkişaf etmiş dövlətidir. Təsadüfi deyil ki, Cənubi Qafqaz regionunun ümumi daxili məhsulunun 80 faizi Azərbaycanın payına düşür.

A.Quliyev Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasının Rumıniya üçün böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır. Azərbaycanın demokratik Avropanın bir hissəsi olduğunu söyləyən deputat, ölkəmiz ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalandığını xatırlatmışdır. Bildirilmişdir ki, Azərbaycan Avropaya inteqrasiya yolunda ərazi bütövlüyünün pozulması problemi ilə üzləşmişdir. Bu problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən hərbi yolla işğal olunmuşdur. Bu məsələdə Avropa İttifaqının mövqeyini ortaya qoymasına ehtiyac vardır.

Azərbaycan ilə Rumıniya arasında münasibətlərin inkişaf etdiyini deyən Milli Məclisin deputatı rəsmi Buxarestin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir.

Türkologiya və Şərqi Araşdırmalar İnstitutunun direktoru, Rumıniyanın Azərbaycandakı ilk səfiri Tasin Cəmil Azərbaycan-Rumıniya əlaqələrinin tarixindən danışmışdır. O bildirmişdir ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olmuşdur. Keçmiş sovet ölkələrindən ilk olaraq məhz Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. Bu gün ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir.

Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan ilə Rumıniya arasında əlaqələrin tarixi köklərinin XV əsrə gedib çıxdığını bildirmişdir. O, Azərbaycanda rumın şirkətlərinin sayının çoxaldığını, ölkəmiz tərəfindən Rumıniyaya sərmayə qoyuluşunun artdığını diqqətə çatdırmışdır. ARDNŞ-nin Rumıniya bazarına qoyduğu investisiyaların iki ölkə arasında iqtisadi əlaqələrin daha da güclənməsinə təkan verdiyi vurğulanmışdır. Deputat mədəniyyət, gənclər sahələrində əməkdaşlığın inkişafına da ehtiyacın olduğunu söyləmişdir.

Q.Paşayeva Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan Azərbaycanın həm enerji resurslarının hasilatçısı, həm də tranzit ölkə olduğunu vurğulamışdır.

Dağlıq Qarabağ münaqişəsindən danışan deputat torpaqlarımızın 20 faizinin işğalı nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirmişdir. O, münaqişənin ən böyük regional problemlərdən biri olduğunu söyləmişdir.

ARDNŞ-nin Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov bildirmişdir ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyanın enerji sektorunda əsas oyunçuya və neft-qaz ixracatçısına çevrilmişdir. Qeyd edilmişdir ki, Avropanın enerji təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş layihələrdə aparıcı rol oynayan Azərbaycan enerji nəqliyyatı infrastrukturuna milyardlarla dollar sərmayə yatırmaqla, dünyada böyük nüfuz qazanan ölkədir.

H.Kərimov Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıracaq TAP, TANAP kimi layihələr haqqında danışmış, gələcəkdə boru kəmərlərinin Balkan ölkələrinə doğru genişləndirilməsi planının olduğunu bildirmiş, Rumıniya və Mərkəzi Avropaya qaz nəqlini nəzərdə tutan AGRİ layihəsinin perspektivlərindən söhbət açmışdır. O, həmçinin ARDNŞ-nin Rumıniyadakı fəaliyyətindən də bəhs etmişdir. Bildirilmişdir ki, indiyədək Rumıniyaya təxminən 50 milyon avro həcmində sərmayə qoyulmaqla bu ölkədə 25 yanacaqdoldurma məntəqəsi açılmış, nəticədə 300-dək yeni iş yeri yaradılmışdır. Yaxın zamanlarda ARDNŞ-nin yanacaqdoldurma məntəqələrini Rumıniyanın bütün regionlarında görmək mümkün olacaqdır.

“AGRİ LNG Project” şirkətinin direktoru Mitika Savu iştirakçılara AGRİ layihəsi barədə məlumat vermişdir. O, layihənin texniki-iqtisadi əsaslandırmasının son mərhələsinin nəticələrinin aprelin sonu, mayın əvvəlində hazır olacağını diqqətə çatdırmışdır.

“Geopolitika” jurnalının baş redaktoru Vasile Simileanu isə çıxışında beynəlxalq təşkilatları Cənubi Qafqazdakı problemlərə laqeyd qalmamağa çağırmışdır.

Buxarestdə Heydər Əliyev Fondunun dəstəyi ilə “Cənubi Qafqazın geosiyasəti və enerji strategiyaları - Azərbaycan diqqət mərkəzində” mövzusunda konfrans keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib