ELM VƏ TEXNOLOGİYA


“Buz adamı”ın geyimlərinin sirləri açıqlanıb

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Alimlər mis dövründən qalmış “Otsi” adlandırdıqları “buz adamın” geyimindən analizlər götürüblər.

AZƏRTAC lenta.ru saytına istinadla xəbər verir ki, tədqiqatlar nəticəsində “buz adam” - ovçunun müxtəlif növ heyvanların dərisindən hazırlanmış paltarlardan istifadə etdiyi məlum olub. Ovçunun papağı ayı xəzindən, ox qabı maral, ayaqlıqları keçi dərisindən, üst geyimi isə müxtəlif heyvanların hissələrindən hazırlanıb.

Alimlərin fikrinə görə, ya mis dövrünün insanları vəhşi və ya ev heyvanlarından özlərinə paltar tikiblər, ya da onlar əllərinə keçən heyvan dərilərindən geyim hazırlayıblar. Bu dövrün insanları maldarlıqla məşğul olublar, vəhşi heyvanların ətindən və xəzindən səmərəli istifadə ediblər.

1991-ci ildə tapılmış “buz adamı”nın mumiyası tarix boyu ən çox tədqiq olunan maddi nümunədir. Alimlər onun yaşını, gözünün rəngini, gördüyü işləri hətta, axırıncı dəfə nə yediyini müəyyən ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.