MƏDƏNİYYƏT


“Buzlar diyarı” animasiya filmi Azərbaycan dilinə tərcümə olunub

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Uolt Disneyin Oskar, “Qızıl qlobus”, “BAFTA”, “Enni”, “Saturn”, Amerika kino aktyorları gildiyası (SAG) mükafatlarının laureatı, məşhur “Buzlar diyarı” (“Frozen”) kompüter animasiya filmi Azərbaycan dilinə tərcümə olunub.

AZƏRTAC xəbər verir ki,  http://www.myvideo.az/c/movies/?ci_m=inner&movie_id=14222  linkinə keçməklə sevimli animasiya filmini Azərbaycan dilində izləmək mümkündür.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin birgə layihəsi əsasında Azərbaycan və rus dillərində “Buzlar diyarı” interaktiv tamaşası hazırlanır. Tamaşanın premyerası oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək. Biletləri şəhərin bütün kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.