MƏDƏNİYYƏT


“Buzlar diyarı” tamaşasının məşhur qəhrəmanları ilə selfi çəkdirmək imkanı

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin müştərək layihəsi çərçivəsində hazırlanan “Buzlar diyarı” tamaşasının premyerasının vaxtı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Hans Kristian Andersenin nağılları əsasında hazırlanan tamaşa oktyabrın 22-də Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaçılara təqdim olunacaq.

Azərbaycan və rus dillərində nümayiş olunacaq tamaşanın biletləri artıq şəhərin bütün kassalarında və “ASAN xidmət” mərkəzlərində satışdadır. Biletləri yayda alanlara Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanlarla selfi çəkdirmək imkanı veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.