MƏDƏNİYYƏT


“Buzlar diyarı” və “Patrul köpəklər” tamaşalarının qəhrəmanları evinizə gələcək

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan, Gürcüstan və Rusiya sənətçilərinin birgə layihəsi əsasında “Buzlar diyarı” və “Patrul köpəklər” adlı iki yeni uşaq tamaşası hazırlanır.

AZƏRTAC xəbər verir ki, hər iki tamaşa Azərbaycan və rus dillərində nümayiş olunacaq. “Buzlar diyarı” tamaşasının premyerası oktyabrın 22-də , “Patrul köpəklər” tamaşasının premyerası isə oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.

Qeyd edək ki, ən son səhnə texnologiyalarından və müasir audiovizual vasitələrdən istifadə etməklə hazırlanan tamaşalarda istifadə olunacaq geyimlər və kuklalar Moskvada yüksək səviyyəli peşəkar geyim rəssamları tərəfindən hazırlanıb.

Balaca tamaşaçıların zövqünü oxşayacaq səhnə əsərləri tamaşaçılara unudulmaz təəssüratlar yaşadacaq. Təşkilatçılar tamaşaçıları sevindirmək üçün daha bir sürpriz edib. Artıq tamaşaçılar sevimli cizgi filmlərinin qəhrəmanlarını evlərində görmək şansı qazanıb. Belə ki, @baku_afisha instagram səhifəsində keçirilən müsabiqənin nəticələrinə əsasən müəyyənləşdirilən üç qalibin evlərinə sevimli qəhrəmanları qonaq gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.