DÜNYA


CAR-da vergilərin artırılması dövlət büdcəsinə təsir etməyib

Bakı, 31 iyul, AZƏRTAC 

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına əsasən, Cənubi Afrika Respublikasında (CAR) keçən il vergilərin artırılması dövlət büdcəsinə gözlənilən gəlirləri gətirməyib.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, dövlətin planlarına əsasən, 3 il ərzində büdcə daxilolmaları 3,7 milyard ABŞ dolları həcmində artmalı, konsolidasiya olunmuş məqsədli gəlirlər isə 2016-2017-ci illər üçün ÜDM-in 30,2 faizini təşkil etməli idi.

CAR-da vergi islahatı benzinin hər litri üçün yığımın 0,30 rend (0,02 dollar) artırılmasını, alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin 7 faiz artırılması əhatə edirdi.

Bundan əlavə, dəyəri 10 milyon renddən (747 min 268 dollar) artıq olan daşınmaz əmlakın satışı üçün rüsum 11 faizdən 13 faizə qaldırılıb.

CAR-ın vergi sistemində aparılan bu dəyişikliklərə baxmayaraq, BVF təmsilçilərinin rəyinə əsasən, iqtisadi artım gözlənildiyindən xeyli aşağı olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.