Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“CDB Bank”la birləşən “AtaBank”ın nizamnamə kapitalı 70 milyon manata çatıb

Bakı, 21 aprel, AZƏRTAC

Konsolidasiya prosesinə qoşulmuş “Caspian Development Bank” ("CDB Bank") və “AtaBank” “Synergy Group” ailəsinin üzvüdür və bir müddət əvvəl səhmdarların qərarına əsasən, “AtaBank”ın mövcud nizamnamə kapitalı daha 20 milyon manat artırılaraq 70 milyon manata çatdırılıb.

AZƏRTAC bildirir ki, bu fikir aprelin 21-də “Caspian Development Bank”ın “AtaBank”a qoşulması ilə bağlı keçirilən mətbuat konfransında səsləndirilib.

“Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov təmsil etdiyi holdinqin ölkənin ən iri özəl investisiya holdinqlərindən biri olduğunu, ölkə iqtisadiyyatının müxtəlif sahələrində milyonlarla manat həcmində investisiyalar yatırdığını qeyd edib. Konsolidasiya prosesinə qoşulmuş hər iki bankın “Synergy Group” ailəsinin üzvü olduğunu qeyd edən icraçı direktor, bir müddət öncə səhmdarların qərarına əsasən,”AtaBank”ın mövcud nizamnamə kapitalının daha 20 milyon manat artırılaraq 70 milyon manata çatdırıldığını deyib. Tədbirdə bankların kapital mövqeyinin möhkəmlənməsi, maliyyə vasitəçiliyinin effektivliyinin və dərinliyinin artırılması və yüksək likvidliyə malik yeni bankın yaradılması zərurətini nəzərə alaraq, “Caspian Development Bank”ın “AtaBank”a qoşulması barədə qərar qəbul edildiyi diqqətə çatdırılıb.

İ.Süleymanov korporativ idarəetmə sisteminin ən yüksək standartları çərçivəsində yenidən təşkil edilmiş “AtaBank”ın yeni keyfiyyət səviyyəsi nümayiş etdirəcəyini, maliyyə dayanıqlılığı göstəricilərinin qanunvericiliyin müəyyən etdiyi kriteriyalara ən yüksək şəkildə cavab verəcəyini bildirib. Xüsusilə vurğulanıb ki, bank əmanətçilər və investorların maraqlarının qorunmasına yönəlmiş strategiya çərçivəsində öz kəmiyyət və keyfiyyət tələblərini yüksək səviyyədə davam etdirəcək, idarəetmə potensialı gücləndiriləcək, bankın sağlam və effektiv fəaliyyəti təmin ediləcək. Qoşulmadan sonra “CDB Bank”ın hüquqi varisi olduğuna görə, bütün hüquq və vəzifələr “AtaBank”a keçəcək və bu səbəbdən əmanətçilərlə bağlı hər hansı sual olmayacaq.

Səhmdarların digər qərarına əsasən, bank xidmətlərinin səviyyəsinin artırılması və müştərilərə daha rahat və keyfiyyətli xidmətin təqdim edilməsi məqsədilə yaxın zamanlarda böyüyən bankın sərəncamına Xətai rayonunda yeni müstəqil inzibati bina veriləcəyi də diqqətə çatdırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin üzvü İmran Məmmədov bankların yenidən təşkili ilə bağlı ideyanın bu ilin əvvəlindən mövcud olduğunu və bu barədə palataya müraciət edildiyini bildirib. Son 2-3 ay ərzində bu prosesin bankların maliyyə dayanıqlılığına potensial təsiri və nəticələri, bütövlükdə bank sektoruna olan effekti təhlil edilirdi. Bu prosesin hər iki bank üçün sinerji effekti verəcəyi və uğurlu nəticələr yaradacağını qeyd edən İ.Məmmədov daha güclü və dayanıqlı bir bank formalaşacağını vurğulayıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının bank nəzarəti orqanı olaraq bu prosesdə yaxından iştirak edəcəyi və müştərilərin məmnunluğunun qorunmasının əsas prioritetlərdən olacağı qeyd olunub.

“AtaBank” idarə heyətinin sədri Dəyanət Quliyev bankların konsolidasiyasının səhmdarların birgə qərarı olduğunu, bu prosesinin sonunda bank sektorunda daha böyük, keyfiyyətcə yeni, müştəriyə fokuslanmış, innovativ və iddialı bir bankın ərsəyə gələcəyini deyib. Onun sözlərinə görə, hər iki bank müsbət bank və maliyyə göstəricilərinə malik, iqtisadiyyatın müxtəlif sahələrinin kreditləşdirilməsində ixtisaslaşmış və milli bank tariximiz üçün heç də az olmayan təcrübəyə malik banklardır. Bununla belə, səhmdarların qərarına əsasən, qoşulma prosesi məhz 25 illik bir tarixə malik “AtaBank” üzərindən aparılacaq. D.Quliyev bildirib ki, bankların resurslarının birləşdirilməsi nəticəsində kifayət həcmdə maliyyə ehtiyatları formalaşacaq və bankın kapital mövqeyi möhkəmlənəcək. Kapital bazasının gücləndirilməsi, etimadın artırılması və rəqabətqabiliyyətinin yüksəldilməsi hesabına müştəri bazası genişlənəcək. Konsolidasiya prosesinə qoşulmuş bankların ölkə iqtisadiyyatının aparıcı sahələrində böyük sərmayələr yatırmış korporativ müştərilərə malik olduğunu qeyd edən D.Quliyev bankın strateji hədəfinin geniş müştəri kateqoriyasına fokuslandığını vurğulayıb.

Bildirilib ki, bank yeni inkişaf strategiyası əsasında işləyəcək. “AtaBank” infrastrukturunu gücləndirməyi, bank xidmətlərinin çeşidinin genişləndirilməsini və dəyərinin ucuzlaşmasına nail olunmağı hədəfləyir. Bununla yanaşı, bankın idarəetmə sisteminin təşkili əhəmiyyətli şəkildə yaxşılaşdırılacaq, daha effektiv, daha çevik, “Bir addım öndə” prinsipinə əsaslanan inzibatçılıq tətbiq ediləcək.

D.Quliyev, həmçinin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PwC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edildiyini qeyd edib. Beynəlxalq təcrübəyə əsaslanaraq, nüfuzlu konsaltinq şirkətinin konsolidasiya prosesinə cəlb edilməsi prosesin qısa zaman kəsiyində, beynəlxalq standartlara uyğun şəkildə başa çatmasına imkan verəcək. Hazırda bankların birləşdirilməsi prosesinin mövcud bank qanunvericiliyinin müddəalarına əsasən hüquqi prosedurlarının, informasiya texnologiyaları, maliyyə hesabları sahəsində inteqrasiyasının həyata keçirilməsinə başlanıb.

“Caspian Development Bank”ın Müşahidə Şurasının sədri Fərəh Məmmədova “CDB Bank”ın heç də asan olmayan bir dövrdə yarandığını, lakin buna baxmayaraq, dinamik inkişaf sərgilədiyini, aktivlərin artdığını və müştəri bazasının genişləndiyini qeyd edib.

Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən strateji yol xəritələrinin hazırlanması və həyata keçirilməyə başlanması bank sektorunda son iki ildə baş verən tənəzzül prosesinin aradan qaldırılması, maliyyə sektorunun sağlamlaşdırılması, müştəri və investorların banklara sarsılmış inamının bərpa olunmasına imkan verib. F.Məmmədova vurğulayıb ki, “CDB Bank”ın “AtaBank”a konsolidasiyasında məqsəd məhz bu siyasətə dəstək olmaq, daha güclü, dayanıqlı bank formalaşdırmaq, mövcud bazar paylarını artırmaq, ölkə iqtisadiyyatına, bank sektoruna daha səmərəli töhfə verməkdir.

“CDB Bank”ın daim əsas hədəfi müasir bankçılıq prinsipləri və qabaqcıl texnologiyaları tətbiq etməklə müştəriləri üçün faydalı və lazımi məhsul və xidmətlər yaratmaq, onların maliyyə alətlərinə olan tələblərini qarşılamaq, ölkədə prioritet hesab olunan kiçik və orta sahibkarlığı dəstəkləmək olub. Konsolidasiyadan sonra da bu hədəflərin yenə də prioritet olacağını bildirən F.Məmmədova bu birləşmənin gələcək inkişaf üçün geniş perspektivlər açacağını bildirib.

“PricewaterhouseCoopers” şirkətinin təmsilçisi Mövlan Paşayev bildirib ki, bankların konsolidasiya prosesi kompleks bir prosesdir. Konsolidasiya prosesi zamanı maliyyə, kadr, informasiya texnologiyaları, hüquq və vergi amilləri nəzərə alınmali və idarə olunmalıdır. Aktivlərin qiymətləndirilməsinin aparılmasına məsul olacaq “PwC” şirkəti bu prosesi maksimal tez, müştərilər üçün fasiləsiz, menecment üçün çevik və rahat şəkildə həyata keçirəcək. Bankların menecmenti konsolidasiya prosesinin nümunəvi keçirilməsi, yüksək səmərəli, cəlbedici müştəri xidməti, daha güclü və dayanıqlı bank yaradılmasına nail olmağı hədəfləyib. Bunun üçün şirkətin yerli və regional bank mütəxəssislərindən ibarət olan komanda qurulub, postsovet və Avropa ölkələrində oxşar birləşmələr aparmış böyük təcrübəyə malik kadrlar cəlb edilib. M.Paşayevin sözlərinə görə, artıq konsolidasiya prosesinin yol xəritəsi hazırlanıb və işçi qruplar onun icrasına başlayıblar. Konsolidasiya prosesinin 2 mərhələdən – birləşmə və inteqrasiyadan ibarət olacağını bildirən M.Paşayev ilkin mərhələdə qiymətləndirmənin aparılacağını, mövcud maliyyə, hüquq, kommersiya vəziyyətinin yoxlanacağını və bunun əsasında inteqrasiya mərhələsində konkret addımların müəyyən ediləcəyini vurğulayıb.

Tədbirdə Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri, “Synergy Group”, “AtaBank” və “Caspian Development (CDB) Bankın” rəhbərliyi iştirak edib.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, “AtaBank” 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bank 3000-dən çox korporativ və 50000-dən artıq fiziki şəxslərdən ibarət müştərilərə malikdir. Çoxsaylı müasir bank xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri və s. xidmətlər göstərir, iqtisadiyyatın əksər sahələrində şirkət və təşkilatların kreditləşdirilməsini həyata keçirir.

Bankın xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır. 22 filiala və 4 şöbəyə malik bank 25 ildə öz müştəriləri ilə birlikdə hərəkət edib, onlarla birlikdə inkişaf edib və böyüyüb. Bankın müştəri bazasına yalnız Azərbaycanın deyil, ümumilikdə regionun iri şirkətləri daxildir.

“AtaBank” 25 ildə kifayət qədər ilklərə imza atıb. İlk mobil bankinqin tətbiqi məhz “AtaBank”da baş tutub. Bank kartları sahəsində bir çox yeniliklər ölkəmizdə ilk dəfə burada tətbiq olunub. “AtaBank” keyfiyyətin idarəetmə sisteminin müasir standartlara uyğunluğunu təmin edən beynəlxalq sertifikatlaşdırma prosesindən keçib. Londonda yerləşən “Global Banking and Finance Review” analitik jurnalı tərəfindən “2013-cü ildə Azərbaycanın ən yaxşı kommersiya bankı” mükafatına layiq görülüb.

Bu günə “AtaBank”ın xəttilə iqtisadiyyata yüz milyonlarla manat maliyyə resursları ayrılıb. “AtaBank” ASC-nin aktivləri 500 milyon manata, depozit portfeli 300 milyon manata yaxındır. Bankın hazırkı kredit portfelinin həcmi 400 milyon manatdan yuxarıdır və bu ölkə bankları arasında 7-ci göstəricidir. Xarici banklar qarşısında öhdəlikləri yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır