Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ÇEXİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VATSLAV HAVELƏ

Hörmətli cənab Prezident,

Çexiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında yaranmış dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin