İDMAN
Ç.Hüseynzadə: “Rio-2016”da medalların sayı London Olimpiadasındakından az olmayacaq
Bakı, 26 iyul, Elşad Qəzvini, AZƏRTAC
Son dövrdə Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük uğurlar qazanırlar. Xüsusilə Olimpiya Oyunlarında nəticələrimiz get-gedə yaxşılaşır. Tezliklə Rio-de-Janeyroda Olimpiya Oyunları start götürəcək. İnanırıq ki, idmançılarımız bu Olimpiadada da uğur qazanacaqlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açiqlamasında deyib.
Ç.Hüseynzadə bildirib: “Rio-2016”da əsasən, güləş, boks, cüdo, taekvondo və gimnastika üzrə medallar qazanacağımıza ümid edirik. Biz velosipedçilərimizdən də nailiyyət gözləyirik. Əminəm ki, həm keyfiyyət və həm də kəmiyyət etibarı ilə medalların sayı London Olimpiadasından geri qalmayacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]