DÜNYA
“Çaba” qasırğası səbəbindən 40 minədək yaponiyalı təxliyə oluna bilər
Bakı, 5 oktyabr, AZƏRTAC
Güclü “Çaba” tayfununun yaxınlaşdığı Yaponiyanın Xonsyu adasında yerləşən İvate prefekturasının şimal-şərqində yaşayan 39 min sakinə təxliyəyə hazır olmaq tövsiyə edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda Yaponiyanın qərb sahilləri boyunca hərəkət edən qasırğanın gecə Xonsyu adasının şimalından keçməsi gözlənilir.
Episentrində küləyin sürəti saniyədə 30-45 metrə çatan qasırğa leysan yağışları və hündür dalğalarla müşayiət olunur. Meteoroloqlar xüsusən torpaq sürüşmələri və daşqın riskinin artması səbəbindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə xəbərdarlıq edirlər.
Cənubi Koreyada qasırğa nəticəsində artıq 2 nəfərin həlak olduğu, 1 nəfərin isə itkin düşdüyü bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
- 25.04.2024 [12:12]