MƏDƏNİYYƏT


“Çağdaş Ukrayna şeiri” kitabı işıq üzü görüb

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Çağdaş Ukrayna şeiri” (“Kişi, qadın və çətir”) kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabda XX və XXI əsr Ukrayna ədəbiyyatının müxtəlif nəsillərini təmsil edən otuz şairin poeziyasından seçmə nümunələr toplanıb.

Müasir Ukrayna poeziyasının ümumi mənzərəsini təqdim edən şeirlər toplusu dərin poetik yaşantılar – zamanın axarı, sözün sehri və bədii mətnin enerjisi ilə sanki bir bütövlük, vəhdət təşkil edir.

Şeirləri dilimizə tanınmış şairlər Salam Sarvan, Mahir Qarayev və Zahid Sarıtopraq çevirib. Kitabın redaktoru Yaşar Əliyev, “Ön söz”ün müəllifi isə Salam Sarvandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.