CƏMİYYƏT


“Çağdaş filologiyanın aktual problemləri” mövzusunda konfrans keçiriləcək

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

Noyabrın 3-də Bakıda Azərbaycanın ilk Xalq Şairi, dramaturq, Əməkdar İncəsənət Xadimi, akademik Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan “Çağdaş filologiyanın aktual problemləri” mövzusunda respublika elmi–praktik konfransı keçiriləcək.

Azərbaycan Universitetindən AZƏRTAC-a bildiriblər ki, konfransda Azərbaycan ədəbi dilinin müasir vəziyyəti və nəzəri problemləri, müasir Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı kontekstində, ədəbi tənqid və ədəbiyyatşünaslıq problemləri məsələləri müzakirə olunacaq. “Çağdaş Azərbaycan dilinin problemləri” və “Azərbaycan ədəbiyyatının müasir durumu” bölmələrində məruzələr dinləniləcək.

Konfrans və təqdim ediləcək məqalələrin hazırlanmasına qoyulan tələblərlə bağlı ətraflı məlumat universitetin vebsaytı (www.au.edu.az) və rəsmi facebook səhifəsində (www.facebook.com/AzerbaycanUnv) yerləşdirilib. Tələb olunan qaydalara uyğun hazırlanmış məqalələr avqustun 1-dək təşkilat komitəsinə təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.