Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Çanaqqala zəfəri: Türk millətinin yenilməz iradəsinin təcəssümü

Çanaqqala zəfəri: Türk millətinin yenilməz iradəsinin təcəssümü

Naxçıvan, 24 aprel, Rauf Əliyev, AZƏRTAC

Bu günlərdə qardaş Türkiyədə və ölkəmizdə Çanaqqala zəfərinin 100-cü ildönümü böyük coşqu, təntənə ilə qeyd olunur. Min illərlə savaş təcrübəsi olan Türk Ordusu 1915-ci ildə bir daha böyük şücaət nümayiş etdirərək hərbi texnika və canlı qüvvə baxımından özündən qat-qat güclü olan düşmən ordularına, o cümlədən onların hərbi donanmasına qarşı qəhrəmanlıqla müqavimət göstərib. Beləliklə, türkün Vətən sevgisi, qətiyyəti, cəsarəti, inadkarlığı qarşısında diz çökən düşmən “Çanaqqala keçilməzdir!” sözünü etiraf edib.

Məsələnin hərbi-siyasi tərəfinə nəzər yetirsək görərik ki, həmin dövrdə regionda vəziyyət elə də ürəkaçan deyildi. Bir sıra ölkələri fəth etmiş və 600 ildən artıq müddətdə, necə deyərlər, üç qitəni hökmranlığı altına alan Osmanlı imperiyası XX əsrin əvvəllərində süquta doğru gedirdi. Xaricdə və ölkə daxilində baş verən proseslər Osmanlı dövlətini çökdürür, onun iqtisadi, siyasi, hərbi gücünü zəiflədirdi. Trablus və Balkan savaşlarında məğlub olan imperiya Şərqi Trakiya xaricində Avropadakı bütün torpaqlarını əldən vermişdi. Osmanlı dövlətinin çöküşü qaçılmaz olmuşdu və ona görə də digər imperiya qüvvələri onun torpaqlarını öz aralarında artıq bölüşdürmüşdülər. Rusiya boğazları ələ keçirib “isti dənizlərə” çıxmağı hədəfləyərkən, İngiltərə Süveyş kanalı və Hind okeanına yolun təhlükəsizliyi üçün Fələstini tutmaq planını hazırlayır, Fransa Livan, Suriya və Kilikiyanın idarəçiliyini arzulayır, almanlar Şərqə yiyələnmək siyasəti güdür, italyanlar isə Antalyaya sahib olmaq istəyirdilər. Çanaqqala zəfəri məhz hərbi-siyasi vəziyyətin gərgin olduğu, imperial maraqların toqquşduğu bir vaxtda qazanılmışdı. Ona görə bəzi tarixçilər bu zəfəri Birinci Dünya müharibəsinin “məhvərini” dəyişdirən qələbə kimi də qiymətləndirirlər. Çünki Çanaqqala zəfəri müharibənin bir neçə il də davam etməsinə səbəb olan mühüm bir hadisə idi.

Hadisələr isə belə baş vermişdi: Osmanlı imperiyası 1914-cü il avqustun 21-də Almaniya ilə qarşılıqlı hərbi yardım və müttəfiqlik haqqında müqavilə imzalamışdı. Bu müqavilədən dərhal sonra ölkədə İttifaq (“Üçlər İttifaqı”) dövlətlərinə qarşı müharibəyə hazırlıq başlandı. Çünki hələ 1914-cü il avqustun 10-da Aralıq dənizində ingilis donanması qarşısından geri çəkilən iki alman ağır kreyserinin Çanaqqala boğazını keçərək İstanbula gəlməsi böyük gərginlik yaratmışdı. 1914-cü il oktyabrın 27-də qəsdən “Yavuz” və “Midilli” adlandırılan həmin gəmilər alman admiral Sukonun əmri ilə Qara dəniz sahillərindəki Rusiya limanlarını bombaladı və bununla da Osmanlı Birinci Dünya müharibəsinə qoşulmuş oldu.

1915-ci il fevralın 19-da Fransa və Britaniyaya aid 16 döyüş gəmisindən ibarət nəhəng donanma Osmanlının sahil qüvvələrini bombalayaraq Çanaqqala boğazına doğru irəliləməyə başladı. Lakin gecə yarısı “Nüsrət” adlı Osmanlı gəmisinin boğazın Asiya hissəsinə düzdüyü dəniz minaları onların yolunda ciddi maneəyə çevrildi. Ard-arda düşmənin üç döyüş gəmisi minalara toxunaraq darmadağın oldu, bir neçəsi isə ciddi xəsarət aldı. Gelibolu yarımadasına yerləşdirilən Osmanlı artilleriyası da düşməni göz açmağa qoymurdu. Ağır itkilər verən İttifaq dövlətləri artilleriyanı susdurmadan Çanaqqala boğazını dəniz yolu ilə keçə bilməyəcəklərini anladılar və buna görə də adaya ən böyük ordu hissələrini yeritdilər. Hücum iki cəbhədən, Seddülbahir və Arıburnu cəbhəsindən həyata keçirildi. Osmanlı ordusu say baxımından az, təchizat baxımından zəif olsa da, düşmənin bütün hücumları qəhrəmanlıqla dəf edildi.

Həmin döyüşlərdə türk əsgəri öz qəhrəmanlığı, rəşadəti ilə tarix yazdı. Türk əsgərinin yenilməzliyini düşmənlər də öz xatirələrində etiraf ediblər. Müharibənin qızğın dövründə 10 nəfər türk əsgərinin 500-dən çox ingilis hərbçisinə qarşı müqavimət göstərməsi və onları geri çəkilməyə məcbur etməsi ingilis generalı Hamiltonu çox təəccübləndirib və o, qeydlərində tərəddüd etmədən hər bir Osmanlı əsgərini yüz nəfərə bərabər tutaraq yazıb: “O vaxtı mən düşünürdüm ki, bu hücumda ingilis əsgərlərinə min nəfər Osmanlı əsgəri müqavimət göstərirdi”.

Osmanlı ordusunda ən yüksək rütbəli zabitdən sıravi əsgərə qədər hər kəs ruh yüksəkliyi ilə döyüşüb, ya şəhid, ya qazi olublar. 57-ci alayın bütün əsgərləri düşmən qarşısında bir addım belə geri çəkilməyib, şəhadətə qovuşublar. Bu məqamda Geliboludakı döyüşlərdə komandan vəzifəsinə qədər yüksələn Mustafa Kamal Atatürkün “Mən sizə düşmən üzərinə hücuma keçməyi deyil, ölməyi əmr edirəm” sözləri yada düşür...

İstənilən halda İttifaq dövlətləri Çanaqqala boğazını keçə bilmədilər və “Çanaqqala keçilməzdir” deyimi bu dəfə də öz təsdiqini tapdı. Onların əsas qayəsi Osmanlının paytaxtı olan İstanbula gedən yolu açmaq, bütün Anadolu torpaqlarını işğal etməklə türkün buradakı varlığına son qoymaq idi. Lakin bu istəklərinə nail ola bilmədilər. Osmanlı ordusunun qətiyyətlə müqavimət göstərməsi, daha sonra əks-hücuma keçərək düşməni darmadağın etməsi bir daha təsdiqlədi ki, nə qədər dünya var, türklər Anadoluya hakim olacaqlar. Tarixdə 17 imperiya quran, 40-dək dövlət yaradan bir millətin iradəsini qırmaq, onu kölə vəziyyətinə salmaq mümkün deyil. Bunu Çanaqqala zəfəri də təsdiq etdi.

Bu möhtəşəm zəfərin əldə edilməsində Azərbaycan xalqının qəhrəman övladları da yaxından iştirak ediblər. Belə ki, Çanaqqala döyüşlərində Türk Ordusu 253 min şəhid verib. Tarixi mənbələrdən belə məlum olur ki, şəhid olanlar arasında 3 minədək azərbaycanlı könüllü də var idi. Yəni Azərbaycan xalqı qan və can qardaşlarını cəbhədə tək qoymayıb, qəhrəman oğullarımız mehmetciklə çiyin-çiyinə yağı düşmənə qarşı rəşadətlə vuruşublar. Birinci Dünya müharibəsi ərəfəsində və ondan sonrakı dövrlərdə azərbaycanlıların Türkiyəyə göstərdiyi yardımlar haqqında Türkiyənin TRT Dövlət Televiziyasının dəyərli əməkdaşı Abdulhamit Avşar “Türkiyənin istiqlal müharibəsində Azərbaycan türkləri” kitabında yazır: Milli mübarizənin başlandığı ərəfədə Azərbaycan türkləri Anadoluya mənəvi dəstəyi ilə birlikdə müxtəlif maddi kömək də göstərib. Bu maddi dəstək mövzusu çox önəmlidir. Çünki Azərbaycan Xalq Cümhuriyyəti o zaman hələ bir yaşında idi. Daha öz varlığını qəbul etdirmək, yaşamaq uğrunda mübarizə aparmaqda idi. Bu vəziyyətə və yardımına ehtiyac duyduğu güclərin Anadolu Milli Mübarizəsinin düşmənləri olduğuna baxmayaraq əlindən gələn yardımı göstərməyə çalışıbdır.

Daha sonra müəllif Türk Silahlı Qüvvələri Baş Qərargahı Arxiv İdarəsindəki tarixi sənədlərə istinadən yazır ki, Azərbaycan Ordusundan alay böyüklüyündəki bir birlik Albay Səməd (Sayqın) bəy komandanlığında Cənubi Azərbaycan üzərindən Ərzuruma gələrək Anadolu milli mübarizəsi sıralarına qoşulubdur. Azərbaycan hərbi birliklərinin Türkiyə Ordusuna qoşulacağı xəbərini ilk olaraq Silahlı Qüvvələr Baş Qərargah rəisi İsmət İnönü verib. Belə ki, 1920-ci il 8 iyul tarixində Türkiyə Böyük Millət Məclisində ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət bəy Azərbaycandan kömək məqsədi ilə əlavə qüvvə gəldiyini açıqlayıb. Tarixi sənədlər onu deməyə əsas verir ki, Azərbaycan hərbi birliyi ilk dəfə 1920-ci il 31 iyul tarixində Hasanqalaya gəlib. Bu birliyin yanında türk ordusunun böyük ehtiyac duyduğu səhra top çaxmaqları da olub. Bir piyada taboru və bir süvari alayından ibarət olan bu birlik dərhal Şərq cəbhəsinə göndərilib. 15-ci süvari Alayına qoşulan birlik 1920-ci ilin payızından 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən geri alınması ilə sona çatan Doğu hərəkatına qoşulub. Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında mühüm xidmətləri olub.

Azərbaycan türklərindən ibarət 15-ci süvari alayının bu qələbəsinə görə onun nəzdində 6-cı süvari tüməni təşkil edilib. Bu tümən Şərq cəbhəsində İstiqlal savaşının sonuna qədər vəzifəsini yerinə yetirib. Albay Səmədin (Sayqın) komandanlığı altında olan bu hərbi birlikdən başqa milli mübarizənin müxtəlif cəbhələrində də xeyli azərbaycanlı zabit və əsgər könüllü xidmət edib. Bu şəxslərin əksəriyyəti İstiqlal Savaşından sonra orduda qalıb və yüksək rütbələrədək irəliləyiblər. Bunlara albay Yusif Xəzərli, topçu-albaylar Mehmet Akpolat, Aslan Berkan, albay Salih Aksoy, süvari albayı Firudun Daryal, hava qoşunlarında xidmət edən generallar Cihangir Berker, Hüseyn Turqu və digər şəxslərin adlarını misal çəkmək olar.

Yaxud başqa bir misal: Birinci Dünya müharibəsində İstiqlal savaşında bir çox cəbhədə döyüşlərdə iştirak edən, sonra təqaüdə çıxan albay Rəhmi Apakın 1998-ci ildə Ankarada nəşr olunan “Yetmiş yaşlı bir zabitin xatirələri” kitabında Azərbaycan türklərinin türk mehmetciklərinə etdiyi yardımlarla bağlı maraqlı bir məsələyə toxunur. Bu, Birinci Dünya müharibəsi zamanı Malazgirt ətrafında baş verən bir savaşdan sonra yaşanan hadisədir. Belə ki, Apakın yazdığına görə, burada baş verən bir döyüşdə rus birliyi məğlub olur və geri çəkilir. Bu birliyin komandir müavininin otağına daxil olan türk zabiti stolun üstündə Azərbaycan dilində yazılan aşağıdakı məzmunda bir məktub tapır: “Ey müsəlman və türk qardaşlar, rusun qüvvəti tükənmişdir. Bilhassa Girmanya (Almaniya) cəbhəsində çox qırğına uğramışdır. Fəqət rusun bir taktikası vardır. Hər yerdə qüvvətlərini zəif buraxır, bir yerə toplar və oradan saldırır. Əgər siz də bütün cəbhədə birdən hücuma keçərsənizsə, onu yenərsiniz. İnşallah Qarsda görüşürüz...” .

Apakın sonradan öyrəndiyinə görə, bu məktubu yazan zabit rus ordusu sıralarında xidmət edən Süleymanov familyalı bir azərbaycanlı olub. Apakın yalnız soyadını çəkdiyi Süleymanov bu davranışı ilə türk ordusuna çox mühüm yardım göstərməklə yanaşı, tabeçiliyindəki əsgərləri başqa istiqamətə yönləndirərək türkləri ciddi təhlükədən uzaqlaşdırıb. Apak igid olaraq təqdim etdiyi bu azərbaycanlı zabitin öz həyatını riskə ataraq göstərdiyi şücaətin unudulmaz olduğunu qeyd edərək, kitabının müvafiq bölməsinin başlığını “Türkün böyük övladı Süleymanov” qoyub.

Türkiyənin çətin müharibə şəraitlərində daim kömək əlini uzadan Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin adını bu yazıda çəkmək də yerinə düşər. Bu cəmiyyət tərəfindən Birinci Dünya müharibəsi zamanında rus işğalı altında olan ərazilərə, məsələn, Oltu, Hasankale, Hınıs, İspir, Van, Muş, Beyazid, Erzincan, Ərzurum, Qars, Trabzon və digər yerlərə ərzaq, pul, geyim, yanacaq və sair yardımlar göndərilib. Bunun nəticəsidir ki, İstiqlal savaşında Türkiyə yanacaqla bağlı çətinlik çəkməyib. Döyüş ərəfəsində edilən yardımlarla bağlı Azərbaycanın ölməz simalarından olan Cəfər Cabbarlı “Ədirnə fəthi” adlı əsərində, eləcə də Əhməd Cavad dillər əzbəri olan “Çırpınırdı Qara dəniz” adlı şeirində Balkan müharibələrindən Azərbaycan türkünün Türkiyə türklərinə baxışını çox mənalı bir şəkildə təsvir edib. Beləliklə, tarixdən də görünür ki, həm Balkan, həm də Birinci Dünya müharibəsində, xüsusilə Çanaqqala döyüşündə xeyli Azərbaycan türkü Osmanlı ordusu sıralarında vuruşub.

Azərbaycan türklərinin Türkiyə türklərinə yardım etməsi məsələsindən söz düşmüşkən bu faktı qeyd etmək maraqlı olardı. Belə ki, 1921-ci il martın 17-də Mustafa Kamal Atatürk Türkiyənin Bakıdakı səfiri Memduh Şevket bəy vasitəsilə Nəriman Nərimanovdan borc pul istəyib, Nərimanov isə bu istək qarşılığında dərhal bir milyon qızıl göndərərək Mustafa Kamal Paşaya belə bir cavab yazıb: “Paşam, türk millətinin bir gələnəyi vardır; qardaş qardaşa borc verməz, əlindən tutar. Qardaş hər durumda qardaşın əlindən tutar. Hər zaman və hər şərtdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi mütləq bir ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışacağıq. İmkanımızın çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz, bir qardaşın, öz qardaşı üçün etmək istədiyindən başqa bir şey deyildir”.

Xatırlamaq lazımdır ki, ötən əsrin əvvəllərində Azərbaycanın qərbində, Zəngəzurda, habelə Qarabağ, Naxçıvan və paytaxtımız Bakı şəhərində erməni hərbi birləşmələri azərbaycanlılara qarşı soyqırımı törədirdi. Məhz belə bir dövrdə türk zabitlərindən Nuru Paşanın, Kazım Qarabəkir Paşanın Azərbaycana gəlməsi, burada yerli əhalinin müdafiəsində mühüm rol oynaması, Osmanlıların beşinci piyada diviziyası ilə Azərbaycanın milli müsəlman korpusunun döyüşçülərindən ibarət Qafqaz İslam Ordusunun yaradılması və bu ordunun Bakının erməni daşnaqlarından təmizlənməsindəki rolu Türkiyə və Azərbaycan qardaşlığının əsrlərə söykənən həmrəyliyini bir daha ortaya qoyur.

Sevindirici haldır ki, ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra bu müstəqilliyi ilk tanıyan dövlət də Türkiyə Respublikası oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Türkiyə və Azərbaycan qardaşlığının simvoluna çevrilən “Bir millət, iki dövlət” deyimi isə dili, dini, hətta düşməni də eyni olan bir millətin əbədi həmrəyliyinə verilən ən gözəl qiymətdir.

Böyük öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün Azərbaycan və Türkiyə üçün arzuları bu gün reallığa çevrilir. Qardaş ölkələrimiz arasında bütün sahələr üzrə qurulan əməkdaşlıq dünyaya nümunədir. Fərəhləndirici haldır ki, sıx əlaqələrə malik olan Azərbaycan ilə Türkiyənin iqtisadi, siyasi, hərbi gücü, beynəlxalq aləmdəki nüfuzları hər il daha da artır. Azərbaycanın təşəbbüsü ilə regionda aparılan nəhəng enerji-nəqliyyat layihələri təkcə iki dövlətin deyil, ümumilikdə, həm də dünyanın qabaqcıl dövlətlərinin maraqlarını ifadə edir.

Təbii ki, tarixdə hər iki dövlətin yaşadığı acı və məhrumiyyətlərlə keçən illərə baxmayaraq, bu il 100 illiyi qeyd edilən Çanaqqala zəfəri hər iki ölkənin ortaq sevinci, qürur mənbəyidir. Ötən ay Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyevin söylədiyi “Çanaqqala zəfərini birlikdə qeyd edəcəyik” sözləri də Türkiyə və Azərbaycan qardaşlığının, həmrəyliyinin, birliyinin bariz nümunəsidir.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı

bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq VİDEO

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir