DÜNYA


Çanaqqalada baş verən daha bir zəlzələ dağıntılar törədib

İstanbul, 12 fevral, АZƏRTAC

Fevralın 12-də Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda 5.3 bal gücündə daha bir zəlzələ baş verib.

Yerli vaxtla saat 16:48-də baş verən yeraltı təkanlar bəzi dağıntılar törədib. Dağılmış və təhlükədə olan evlərin sakinləri üçün çadır və konteyner şəhərciklər salınmaqdadır. Hazırda 298 konteynerdə evsiz qalan 2500 sakin yerləşdirilib. Həmin ərazidə daha 178 konteyner qurulmaqdadır. Gələn həftə isə zəlzələ bölgəsinə əlavə 500 konteynerin gətiriləcəyi planlaşdırılır.

Qeyd edək ki, fevralın 6-dan 12-dək təbii fəlakət bölgəsində 749 zəlzələ qeydə alınıb. Onlardan 16-sı 4 baldan yuxarı olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.