İQTİSADİYYAT
Çank Honqvon: Bir daha yəqin etdim ki, Koreya şirkətləri Azərbaycanda böyük rol oynayır
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycanda rəsmi səfərdə olan Koreya Respublikasının Baş naziri Çank Honqvon noyabrın 28-də “Azərsu” ASC-nin yeni inzibati binasının tikintisi ilə tanış olub.
AZƏRTAC xəbər ki, Baş nazirə “Azərsu” ASC-nin yeni inzibati binasının Koreya Respublikasının “Heerim” şirkəti tərəfindən layihələndirildiyi və “Halla Engineering and Construction” şirkəti tərəfindən inşa olunduğu barədə məlumat verildi. Bildirildi ki, tikintisinə ötən il başlanılan 20 mərtəbəli binanın 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Baş nazir Çanq Honqvon Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycanda Koreya Respublikasının bir neçə şirkət və firmaları fəaliyyət göstərir: “Səfər zamanı bir daha yəqin etdim ki, Koreya şirkətləri Azərbaycanda böyük rol oynayır. Bakıda nəqliyyatın intellektual idarə edilməsi sistemini də Koreya şirkətləri qurub”.
Baş nazir “Halla” Korporasiyasının ona göstərilən etimadı doğrultmaq üçün böyük imkanlara malik olduğunu qeyd edərək vurğuladı ki, tikintinin uğurla başa çatdırılması gələcək əməkdaşlıq üçün yeni üfüqlər aça bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]