REGİONLAR


Çaparlı kəndində körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

A+ A

Şəmkir, 30 noyabr, Famil Quliyev, AZƏRTAC

Şəmkir rayonunun Çaparlı kəndində 50 yerlik məktəbəqədər təhsil müəssisəsinin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Binada 3 qrup otağı, həmçinin idman və musiqi zalları, yeməkxana, tibb və inzibati otaqlar yerləşir. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib, binada müasir istilik sistemi quraşdırılıb. Körpələr evi-uşaq bağçasında uşaqların hərtərəfli inkişafı və sağlam böyüməsi üçün hər cür şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi açılış mərasimdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, son illər ölkədə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, uşaqlar dövlətin yüksək qayğısı və diqqəti ilə əhatə olunublar. Onların sağlam və gümrah böyümələri üçün davamlı olaraq layihələr həyata keçirilir.

Mərasimdə çıxış edən valideynlər körpələr evi-uşaq bağçasında yaradılan şəraitə görə rayon rəhbərliyinə və ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.